“PAŞA Management Company”nin baş icraçı direktoru olaraq hər birinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Strateji idarəetmə və peşəkar yanaşma şirkətimizin fəaliyyətinin əsasını təşkil edir. Bu da bizə Azərbaycanda və ölkə xaricində qeyri-maliyyə aktivlərinin geniş və şaxələndirilmiş biznes portfelinə nəzarət edən aparıcı qurum olmaq imkanı yaradır.
Biz qeyri-neft sektorunda fəaliyyət göstərən bir çox şirkətləri idarə edirik. Bu işdə peşəkarlığımız və idarəetmə təcrübəsinin davamlı şəkildə təkmilləşdirilməsi ilə bağlı qətiyyətimiz müəssisələrimizin inkişafında və uğurunda mühüm rol oynayır.
Mükəmməlliyə olan sadiqliyimiz dürüstlük, gəlirlilik, sahibkarlıq ruhu, keyfiyyət və əməkdaşlıq kimi əsas dəyərlərimizdən irəli gəlir. İdarə etdiyimiz sektorlara qida və dəb mallarının pərakəndə satışı, hotel-restoran xidmətləri, tikinti, daşınmaz əmlak və mülkiyyətin idarə edilməsi, kənd təsərrüfatı, səyahət, təhsil və əyləncə daxildir. Biz bu istiqamətlərin hər birinə böyük qayğı ilə yanaşırıq.
PAŞA Management Company qürurla PAŞA Holdinqin törəmə şirkəti kimi fəaliyyət göstərir. Biz ümumi dəyərlərimiz və baxışımıza əsaslanaraq, yeni imkanlar və nailiyyətlərlə dolu gələcəyə doğru birlikdə irəliləyirik.
Gördüyümüz hər bir işin əsasını etibar, davamlılıq və bütün maraqlı tərəflərə hörmətimiz təşkil edir. İstər fəaliyyət göstərdiyimiz ölkələr, istərsə də səhmdarlarımız, işçilərimiz, müştərilərimiz və tərəfdaşlarımızla münasibətdə, əməkdaşlıq, qarşılıqlı inkişaf əsas götürülür.
Fədakar komandamız, dəyərli tərəfdaşlarımız və sadiq müştərilərimizə davamlı dəstək və etibara görə səmimi təşəkkürümü bildirirəm.