Karyera

PAŞA Management Company ilə karyeranızı Yeni Zirvələrə yüksəldin!

Şirkətimizdə karyera imkanlarını kəşf edin. Burada siz iş elanları ilə tanış olub profilinizə uyğun vakansiyalara müraciət edə bilərsiniz.

Bütün müraciətlər tərəfimizdən diqqətlə nəzərdən keçirilir, uyğun namizədlərə seçim prosesinin növbəti addımları barədə məlumat verilir.

Öz karyera yolunuza bizimlə başlayın və yeni imkanları kəşf edin!

Vakansiyalar

Group Total Rewards Manager

07.11.2024 - 08.12.2024

Group Performance and Reward Analytics Manager

07.11.2024 - 08.12.2024

Senior Strategy Analyst

29.11.2024 - 29.12.2024

HR Specialist

06.12.2024 - 30.12.2024

Tez-tez verilən suallar

Elan olunmuş vakansiyaya necə müraciət edə bilərəm?

PAŞA Management Company-də hər hansı bir vakansiya açıq elan olunduğu zaman bu barədə məlumat ilk növbədə “PAŞA Management Company” MMC-nin saytı olmaqla bir sıra internet resurslarında yerləşdirilir. Müraciət etmə qaydaları müvafiq elanda göstərilir.

Seçim prosesi neçə mərhələdən ibarətdir?

PAŞA Management Company-də işəqəbul prosesi  bir neçə mərhələdən ibarət olur: CV-lərin ilkin seçimi, test mərhələsi (texniki və nəzəri və/və ya IQ səviyyəsinin yoxlanılması, psixonometrik testlər və s.), ilkin panel müsahibəsi mərhələsi, və Şirkətin Direktoru və İR Direktoru / Meneceri ilə müsahibə.

Müraciət edən namizədlər ilk növbədə hansı keyfiyyətlərə malik olmalıdırlar?

Tələb olunan keyfiyyətlər daha çox namizədin bilik və bacarıqlarını, habelə peşəkar təcrübəsini və onun PAŞA Management Company komandasına uyğunluğunu əks etdirir. PAŞA Management Company-ə müraciət edən namizədlər peşəkar keyfiyyətlərdən öncə aşağıda göstərilən kompetensiyalara malik olmalıdırlar:

  • Deyilənlərə və qarşı tərəfin dəyərlərinə uyğun şəkildə davranmalıdır;

  • Öz davranışını PAŞA Management Company ehtiyacları, prioritetləri və hədəflərinə uyğunlaşdırmalıdır;

  • Şəxsi iradəyə malik və mükəmməllik standartına cavab vermək və ya onu üstələmək üçün səy göstərməli, eyni zamanda səmərəli nəticələr əldə etməyə diqqət yetirməlidir;

  • Müştərək hədəflərə çatmaq üçün həmkarları ilə məqsədyönlü şəkildə işləməli və qarşılıqlı əməkdalığı təşviq etməlidir;

  • Daxili və xarici müştərilərin ehtiyaclarını başa düşməli və uzunmüddətli, davamlı münasibətlər yaradaraq etibarlı biznes tərəfdaşı qismində çıxış etməlidir.