Group Total Rewards Manager
07.11.2024 - 08.12.2024
Şirkətimizdə karyera imkanlarını kəşf edin. Burada siz iş elanları ilə tanış olub profilinizə uyğun vakansiyalara müraciət edə bilərsiniz.
Bütün müraciətlər tərəfimizdən diqqətlə nəzərdən keçirilir, uyğun namizədlərə seçim prosesinin növbəti addımları barədə məlumat verilir.
Öz karyera yolunuza bizimlə başlayın və yeni imkanları kəşf edin!
PAŞA Management Company-də hər hansı bir vakansiya açıq elan olunduğu zaman bu barədə məlumat ilk növbədə “PAŞA Management Company” MMC-nin saytı olmaqla bir sıra internet resurslarında yerləşdirilir. Müraciət etmə qaydaları müvafiq elanda göstərilir.
Seçim prosesində, onlayn qaydada daxil olan CV-lərə üstünlük verilir.
Müraciət edən namizəd online anket formasını doldurduqdan və təsdiq etdikdən sonra müvafiq bildiriş alacaq.
Vakansiya elan edildikdən sonra işəqəbul prosesinin ilkin mərhələsində İnsan Resursları departamentinin nümayəndəsi daxil olan müraciətləri nəzərdən keçirir və bilik və bacarıqları vakansiya elanında göstərilən şərtlərə daha çox uyğun gələn namizədləri növbəti mərhələ üçün dəvət edir.
PAŞA Management Company-də işəqəbul prosesi bir neçə mərhələdən ibarət olur: CV-lərin ilkin seçimi, test mərhələsi (texniki və nəzəri və/və ya IQ səviyyəsinin yoxlanılması, psixonometrik testlər və s.), ilkin panel müsahibəsi mərhələsi, və Şirkətin Direktoru və İR Direktoru / Meneceri ilə müsahibə.
PAŞA Management Company-də hər bir vəzifə üçün əməkhaqqı aralığı nəzərdə tutulub. Əməkhaqqı ilə bağlı bütün müzakirələr yalnız ikinci müsahibə mərhələsi zamanı aparıla bilər və bu namizədin bilik və bacarıqları ilə əlaqəli olub, cari vakansiya üçün təyin edilmiş maksimal məbləğdən artıq ola bilməz.
Tələb olunan keyfiyyətlər daha çox namizədin bilik və bacarıqlarını, habelə peşəkar təcrübəsini və onun PAŞA Management Company komandasına uyğunluğunu əks etdirir. PAŞA Management Company-ə müraciət edən namizədlər peşəkar keyfiyyətlərdən öncə aşağıda göstərilən kompetensiyalara malik olmalıdırlar:
Deyilənlərə və qarşı tərəfin dəyərlərinə uyğun şəkildə davranmalıdır;
Öz davranışını PAŞA Management Company ehtiyacları, prioritetləri və hədəflərinə uyğunlaşdırmalıdır;
Şəxsi iradəyə malik və mükəmməllik standartına cavab vermək və ya onu üstələmək üçün səy göstərməli, eyni zamanda səmərəli nəticələr əldə etməyə diqqət yetirməlidir;
Müştərək hədəflərə çatmaq üçün həmkarları ilə məqsədyönlü şəkildə işləməli və qarşılıqlı əməkdalığı təşviq etməlidir;
Daxili və xarici müştərilərin ehtiyaclarını başa düşməli və uzunmüddətli, davamlı münasibətlər yaradaraq etibarlı biznes tərəfdaşı qismində çıxış etməlidir.
CV-lərin ilkin seçim mərhələsindən uğurla keçib növbəti mərhələyə dəvət olunan namizədlər ilə telefon və yaxud email vasitəsilə əlaqə saxlanılaraq növbəti mərhələnin tarixi və vaxtı təyin edilir.